...

Londonda "Mədən sənayesində Şəffaflıq Təşəbbüsü" adlı beynəlxalq konfrans keçirilib

Energetika Materials 9 Oktyabr 2007 22:46 (UTC +04:00)

Trend-i buradan izləyin

Böyük Britaniya, London ( Trend , müxbir G.Əhmədova) Mədən sənayesində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi respublikanın kredit reytinqinə müsbət təsir göstərir. Bu fikir oktyabrın 8-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mənzil-qərargahında "Dövlət və qeyri-dövlət kredit keyfiyyətində şəffaflığın və dövlət idarəçiliyinin rolu" ("The Role of Transparency and Governance in Sovereign and Quasi-Sovereign Credit Quality") adlı beynəlxalq konfransda səsləndirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend ə daxil olan məlumatda deyilir ki,  tədbirdə aparılan müzakirələr zamanı Azərbaycanın "Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü"nün (MHŞT) tətbiqində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Konfransda AYİB-in prezidenti Jan Lemyer, "Soros Fondu"nun sədri Corc Soros, Böyük Britaniya Beynəlxalq İnkişaf üzrə Dövlət Katibinin müavini baronessa Şriti Vadera, bir sıra iri milli neft şirkətlərinin nümayəndələri, yöksək reytinqli agentliklərin, dövlət və qeyri-dövlət maliyyə və kredit təşkilatlarının məsul şəxsləri iştirak ediblər. Azərbaycanı bu tədbirdə ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ARDNŞ-in Londondakı nümayəndəsi İsrafil Məmmədov və MHŞT-nın katibliyinin başçısı Adil Məmmədov təmsil ediblər .

Konfransda qeyd olunub ki, Azərbaycanın MHŞT üzrə müvafiq tədbirləri davam etdirməsi ölkə reytinqinin daha da yüksək səviyyəyə qalxmasına imkan yaradacaq.

"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" ideyasını 2002- ci ildə Yohannesburqda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer irəli sürüb. Bu təşşəbbüsün məqsədi Mədən Sənayesindən gələn gəlirlərin dayanıqlı inkişafa və yoxsulluğun aradan qaldırılmasına yönəltməkdir. 2004- cü ilin noyabrın 24-də "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri, yerli və xarici neft şirkətlərinin, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.

Xəbər lenti

Xəbər lenti