...

Heydər Əliyev adına qazma qurğusu Xəzərin Rusiya sektorunda qazma işləri həyata keçirəcək

Energetika Materials 10 Oktyabr 2007 20:29 (UTC +04:00)
Heydər Əliyev adına qazma qurğusu Xəzərin Rusiya sektorunda qazma işləri həyata keçirəcək

Azərbaycan, Bakı / Trend / Heydər Əliyev adına qazma qurğusu Xəzərin Rusiya hissəsində, Dağıstan akvatoriyasında qazma işləri həyata keçirəcək. Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumatda belə deyilir. Yataq və sifarişçi barədə məlumat verilmir.

Qurğu qazma nöqtəsində quraşdırılaaq ki, burada da suyun dərinliyi 450- 500 metr təşkil edir. Qurğu ARDNŞ-nin Xəzər Dəniz Neft Donanması tərəfindən icarəyə götürülən "CASPIAN Marine Service" alyansının "Aura", "Andoqa", "V. Seyidov" gəmiləri vasitəsilə qazma nöqtəsinə yedəyə alınacaq.

Bu gəmilər, həmçinin, qazma prosesində tələb olunan qazma qatışığı və s.-nin çatdırılması zamanı yardım edəcək.

Rusiyanın LUKOYL şirkəti Azərbaycanın "Yalama" perspektiv strukturunda ikinci kəşfiyyat quyusunun qazılması məqsədilə, Danimarkanın "Maersk" şirkətinə məxsus olan Heydər Əliyev adına qurğunun 2008-ci ilin iyun ayında azad olmasını gözləyir. İkinci kəşfiyyat quyusunun dərinliyi 2650 metr təşkil edəcək, növbəti quyu birinci kəşfiyyat quyusundan 22 km aralıda qazılacaq. 2007-ci il noyabrın ortalarında ikinci quyunun qazılacağı nəzərdə tutulan sahədə 656- 720 metr dərinliyində mühəndis-geoloji işlər aparılacaq.

LUKOYL şirkəti 2005-ci ildə "Yalama"da layihə dərinliyi 4500 metr olan 4400 metr dərinliyində ilk quyu qazıb. Qazma işləri zamanı şirkət üçün kommersiya baxımından maraq doğurmayan az həcmdə karbohidrat ehtiyatları aşkarlanıb.

Heydər Əliyev adına qurğu, suyun dərinliyi 100 metr olmaqla, 9 min metrlik quyuların qazılması üçün nəzərdə tutulub. Qeyd edək ki, Xəzərin ən dərin nöqtəsi 1025 metr təşkil edir ki, bu da o deməkdir ki, qurğu, demək olar ki, bütün akvatoriyalarda işləyə bilər.

Xəbər lenti

Xəbər lenti