Azərbaycan, Bakı/ Trend , müxbir V.Şərifov, S.Əliyev/ Koreya Milli Neft Korporasiyası (KNOC) Xəzərin Azərbaycan sektorunda "İnam" perspektiv strukturunun işlənilməsi və kəşfiyyatı layihəsində Britaniya-Hollad Şirkətində Shell şirkətinin 25 faizlik payının 20 faizinin aılınması barədə saziş imzalayıb. Bu barədə cümə axşamı layihəyə yaxın mənbə məlumat verib.
Beləliklə "İnam" layihəsində iştirak payı bu cür bölüşdürülüb: BP - 25%, ARDNŞ - 50%, KNOC - 20 % və Shell - 5%.
Daha öncə, Koreya Neft Şirkəti "İnam" layihəsində 50 faiz iştirak payına malik olan Azərbaycan Dövlət Neft Şirkətinin 20 faiz iştirak payını almaq istəyini bildirmişdi. ARDNŞ layihənin kəşfiyyat mərhələsində öz iştirak payını satmamaq barədə qərar qəbul edib. ARDNŞ-in bu mərhələdə öz payını satmaqdan imtina etməsi onunla izah oluna bilər ki, hazırda ARDNŞ-in riski yoxdur, layihənin kəşfiyyat mərhələsində onun payının maliyyələşməsini digər iştirakçılar--- BP və Shell öz üzərinə götürüb.
Daha öncə Koreya şirkətinin nümayəndələri bildirmişdilər ki, koyreyalı mütəxəssislərin texniki göstəriciləri qiymətləndirməsinə əsasən, "İnam" perspektiv strukturunda neft ehtiyatları çox yüksəkdir. Bununla belə, işlənilmədə böyük risklər var. KNOC ARDNŞ-ə bu layihədə ehtiyatların qiymətləndirilməsini aparmağı təklif edib.
PSA çərçivəsində "İnam" yatağında avqust ayında dərinliyi 6 min metr olan ikinci kəşfiyyat quyusunun qazılması planlaşdırılır.