...

"Neft Daşları" yatağı ərazisində 6 yeni platforma tikiləcək

Energetika Materials 28 Noyabr 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatında bildirilir ki, 2010-cu ilə kimi "Neft Daşları" yatağından hasilatı artıracaq 78 quyunun qazılması üçün 6 platformanın tikintisi planlaşdırılır. ARDNŞ bu günlərdə 12 qazma quyusu üçün nəzərdə tutulmuş platformalardan birinin tikintisini başa çatdırıb. Yeni iki bloklu №2387 platformasının bloklarının hündürlüyü 45 metr, çəkisi 542 tondur. Platforma suyun 24,5 metr dərinliyində quraşdırılıb. Platformada 72 nəfərin yaşaması üçün nəzərdə tutulmuş 3 mərtəbəli ev ucaldılıb. Yeni platformada orta dərinliyi 1800 metr olan 12 quyu qazılacaq. 36 quyu üçün hesablanmış digər platforma 2006-cı ildə təhvil verilib. Onun köməyi ilə "Neft Daşları"nda illik neft hasilatı artıq 912 min tona çatıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən, "Neft Daşları" yatağı üzrə neft hasilatı 1,5 dəfə artırılaraq, 821 min tondan 1,2 milyon tona çatdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti