...

Azərbaycan 2008-ci ildə Gürcüstan üçün qazın qiymətini artıra bilər-ARDNŞ-nin birinci vitse-prezidenti

Energetika Materials 18 Dekabr 2007 21:00 (UTC +04:00)
Azərbaycan 2008-ci ildə Gürcüstan üçün qazın qiymətini artıra bilər-ARDNŞ-nin birinci vitse-prezidenti

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstana ixrac edilən qazın qiymətini yenidən nəzərdən keçirə bilər. Bu barədə ARDNŞ-nin geologiya, geofizika və mədən üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib. Hazırda ARDNŞ qazın min kubmetrini Gürcüstana 120 dollara satır. Onun sözlərinə görə, ARDNŞ sutkada Gürcüstana 1.7 mln. kubmetr qaz satır. "Təchizatın bu həcmi ilin sonunadək saxlanılacaq" -Yusifzadə bildirib. 2008-ci ildə ARDNŞ -nin öz vəsaitləri hesabına hasil etdiyi qazla Gürcüstanın təchizatının həcmi hələ müəyyənləşdirilməyib. Gürcüstanın qaza illik təlabatı 2 mlrd. kubmetrdir.

Xəbər lenti

Xəbər lenti