Qazaxıstan, Astana / Trend , muxbir K.Konırova / Qazaxıstan Baş Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, "Şevron" korporasiyasının Avrasiya bölməsinin idarə rəhbəri Cey Conson Baş nazir Kərim Məsimova təqdim edilib. O, bu vəzifəyə yanvarın 1- də təyin edilib.
Mətbuat xidmətinin press-relizində bildirilir ki, Məsimov "Şevron" Korporasiyasının Qazaxıstandakı fəaliyyətini musbət qiymətləndirib və ölkənin ən iri yataqlarının istifadə edilməsi mövzusunda müzakirələr aparıb.