...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 22 Fevral 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin fevralın 21-də qiyməti 1 barel üçün 99,88 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) cümə güünü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barrel üçün 0,18 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın fevralın 21-də qiyməti 1 barel üçün 98,87 dollara təşkil edib. Bu, əvvəlki qiymətdən 0,28 dollar çoxdur.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Fevralın 21-də URAL neftinin qiyməti 1 barel üçün 92,54 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,17 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin fevralın 21-də qiyməti 1 barel üçün 97,77 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,17 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti