...

Azərbaycanda butan-butilen istehsalı azalıb

Energetika Materials 11 Mart 2008 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend / Yanvar-fevral aylarında "H.Əliyev adına" Neftemalı Zavodunda (keçmiş "Azneftyanacaq") 21,37 min ton butan-butilen fraksiyası istehsal ounub ki, bu göstərici ötən ilin analoji dövründə 22,86 min ton təşkil edib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Ümumilikdə 2007-ci ildə 145 min ton butan-butilen fraksiyası istehsal olunub. 2006-cı ildə butan-butilen fraksiyası istehsalının həcmi 148,22 min ton təşkil edib. 2005-ci ildə isə bu göstərici 129,62 min tona bərabər olub.

Cari ilin yanvar-fevral aylarında bu müəssisədə 2007 və 2006-cı illərdə olduğu kimi, propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilenin istehsal həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti