Azərbaycan, Bakı, 14 may / Trend , müxbir V.Məmmədov/ Apreldə Gəncədə ilk dəfə olaraq, elektrik enerjisinə görə ödəniş 91,2 faizə çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 34 faiz təşkil edib. Bu barədə "Gəncə Regional Enerji Təchizatı" MMC-nin mətbuat xidmətinin rəisi Rafiq Abbas məlumat verib. Onun sözlərinə görə, Gəncədə enerji sərfiyyatının faizi də xeyli aşağı düşüb.
"Ötən ay Gəncə üzrə ümumi yığım 1 milyon 314 min 629 manat olub ki, bu da sərf olunmuş enerjinin 72,2 faizi deməkdir. Əhalidən əldə olunan gəlir isə, sərf olunan enerjinin 91,2 faizini təşkil edib və yığım nəticəsində 481 min 483 manat əldə edilib", - Abbasov bildirib.
Onun sözlərinə görə, yeni sayğacların quraşdırılması ilə əlaqədar enerji sərfiyyatı 8 mln. 803 min kilovat təşkil edib. Ötən ilin müvafiq dövründə bu rəqəm 25 milyon 505 min kilovat olub. Gəncədə 68 min abonentdən 61 min 374-ü yeni kart tipli sayğacla təmin olunub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]