...

Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünə başlayıb

Energetika Materials 15 May 2008 19:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 may/ Trend , müxbir N.Kirtsxaliya/ Cümə axşamı Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünə başlayıb. Gürcüstanın Elektrik Enerjisi Kommersiya Operatorunun (EEKO) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycana sutkalıq ixracın həcmi 0,21 mln. kVt/s təşkil edir.

EEKO-dan Rusiyaya elektrik enerjisi ixracı həcminin azaldıldığını bildiriblər. RF-ə elektrik enerjisinin ötürülməsi 500 kilovoltluq "Kavkasioni" ötürmə xəttinin əvəzində 220 kilovoltluq "Salxino" xəttilə, 1,146 mln. kVt/s həcmində həyata keçirilir.

Gürcüstandan Türkiyəyə sutkalıq elektrik enerjisi ixracı 2,3 mln. kVt/s təşkil edir.

Xəbər lenti

Xəbər lenti