...

"Xəzər Dəniz Neft Donanması "Şirvan" gəmisinin təmiri üçün ehtiyat hissələrinin əldə olunması üzrə tender elan edib

Energetika Materials 4 İyun 2008 19:36 (UTC +04:00)

Azərbaycan, Baku, 04 iyun / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması "Şirvan" tipli gəmilərinin təmiri üçün ehtiyat hissələrinin əldə olunması üzrə açıq tender elan edib.

Avadanlıq və ehtiyat hissələri saziş imzalandığı gündən, üç aydan gec olmamaq şərtilə, yük alana çatdırılması tələb olunur. Avadanlıq və ehtiyat hissələrinin dəyəri yük göndərildikdən sonra il ərzində hissə-hissə ödəniləcək.

Tenderdə iştirak edəcək iddiaçılar iştirak ərizələrini və digər sənədləri 2008-ci il iyulun 15-dək Xəzər Dəniz Neft Donanmasına təqdim etməlidirlər.

Təkliflərin qiymətlədirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcək - ehtiyat hissələrinin dəyəri, xüsusi təcrübə (gəmi ehtiyat hissələrinin təchizatı sahəsində), göndərilmə müddəti.

Tender təklifləri 2008-ci il iyulun 22-nədək qəbul olunacaq və 2008-ci il iyulun 23-də saat 11.00-da Xəzər Dəniz Neft Donanmasının binasında açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti