...

Yanvar-mayda Bakı elektrik stansiyasında 150 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub

Energetika Materials 9 İyun 2008 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun/ Trend / Yanvar-mayda "Azərenerji" ASC-nin Bakı istilik- elektrik stansiyasında 151 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub ki, bu da proqnozdan 15 mln. kVt/s çoxdur. Bu barədə "Azərenerji"nin bazar ertəsi yayılan məlumatında bildirilir.

Yanvar-mayda istehsal edilən istilik enerjisinin göstəricisi proqnozlaşdırılan 309 min Qkal-a qarşı 328 min Qkal təşkil edib.

Mayda İES-də proqnozu ötərək (25 mln. kVt/s) təqribən 30,3 mln. kVt/s elektrik enrejisi istehsal olunub.

Bakı İES-də hər birinin gücü 53,5 MVt olan iki qaz turbin qurğusu istismardadır.

Xəbər lenti

Xəbər lenti