Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir E.İsmayılov/ Bu gün "Şahdəniz" yatağından qaz hasilatı, orta hesabla, sutkada 21,1 mln. kubmetr təşkil edir. Türkiyə bu həcmdən sutkada təqribən 14-15,5 mln. kubmetr, Azərbaycan - 6 mln. kubmetrdən çox, Gürcüstan 300-500 min kubmetr qaz alır, 500 min kubmetr qaz yanacaq qismində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin nasos stansiyalarına verilir. Bu barədə bazar ertəsi hökumətdən məlumat veriblər.
Hazırda "Şahdəniz" qaz-kondensat yatağında quraşdırılmış TPG-500 platformasından (beşinci istismar) yeni quyunun qazılması başa çatır. Bundan sonra yataqda hasilat potensialı sutkada 26-27 mln. kubmetrədək artacaq.
"Şahdəniz" dəniz yatağının işlənilməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Sazişin iştirakçıları aşağıdakılardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, QNKAR - 10 faiz.
Bu yataqdan qaz hasilatı 2006-cı ilin dekabrında başlayıb. Hazırda qaz Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstan və Türkiyəyə nəql edilir. Azərbaycan, həmçinin, qazın alıcısı kimi çıxış edir.
Yatağın işlənilməsinin birinci mərhələsi çərçivəsində, ildə 8,6 mlrd. kubmetr qaz hasil etmək nəzərdə tutulur. Bu həcm Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. Reallaşdırılmasına 2012-ci ildən sonra başlanılacaq ikinci mərhələ çərçivəsində hasilatı 20 mlrd. kubmetrədək artırılacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]