...

Caspian Shipyard company neft servisi şirkətinin yerli əməkdaşları tətil elan ediblər

Energetika Materials 12 İyun 2008 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend , müxbir S.Babayeva/ "Caspian Shipyard company" neft servisi şirkətinin yerli əməkdaşları cümə axşamı sosial-məişət şəraitinin yaxşılaşdırılması, əmək müqavilələrinin bağlanması, əmək haqqının artırılması, əməyin mühafizəsiningücləndirilməsi tələbləri ilə tətil elan ediblər. Bu barədə Respublika Neft və Qaz Sənayesi Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Əliyev məlumat verib.

"Biz cümə günü şirkət rəhbərliyi ilə görüşəcək və yaranmış vəziyyətdən çıxış yollarını, o cümlədən şirkətdə həmkarlar komitəsinin yaradılması məsələsini müzakirə edəcəyik", - Əliyev bildirib.

Əliyevin sözlərinə görə, onda olan məlumatlara görə, şirkətin işçilərinin sayı 1000 nəfərdir.

Dərhal şərh verilməsi üçün "Caspian Shipyard Company"nin məsul şəxslərindən heç biri ilə əlaqə saxlamaq mümkün olmayıb.

"Caspian Shipyard Company" 1997-ci ildə yaradılmış BM-dir. Şirkətdə iştirak payının 75 faizi Azcr Fels Ltd.-yə, 20 faiz Azərbaycanın Dövlət Neft Şirkətinə, 5 faizi isə, LUKOİL-a məxsusdur. Şirkət gəmi və üzən qazma qurğularının təmiri, avadanlığının təkmilləşdirilməsi ilə məşğul olur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti