...

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Energetika Materials 18 İyun 2008 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumatda bildirilib.

Yusifzadə Akademiyanın üzvlük diplomu, həmçinin Beynəlxalq Qızıl Ulduz Medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti