...

Vyanada OPEK-in növbəti iclası keçirilir

Energetika Materials 10 Sentyabr 2008 12:00 (UTC +04:00)
Vyanada OPEK-in növbəti iclası keçirilir

Avstriya, Vyana, 10 sentyabr / Trend , müxbir A.Ələskərov/ Vyanada OPEK təşkilatının 149-cu iclası öz işinə başlayıb. Müqəddəs Ramazan ayı olması səbəbindən iclas yerli vaxtla saat 21.00-da keçirilib. OPEK prezidentinin dəvəti ilə Misirin neft naziri Sameh Fəhmi, Rusiya Federasiyası baş nazirinin müavini İqor Seçin və Sudanın energetika nazir Əl-Zubeyr Əhməd Hassan ilk dəfə olaraq iclasda iştirak ediblər.

Təşkilat iclasını açıq elan edən Əlcəzairin energetika naziri Çəkib Xəlil qeyd edib ki, indi bazar qiymətlərin yüksək qeyri-stabillik dövrünü keçir. "Biz neft qiymətinin bir gün ərzində necə bir barelə görə 10 dollar artdığını və üç gün ərzində bir barel üçün 15 dollar düşdüyünü gördük", - deyə o bildirib. "Qiymət artımı bir sıra nəticələrlə bağlı olub, xüsusilə də spekulyasiya səviyyəsinin qalxması, ABŞ dollarının düşməsi, həmçinin geosiyasi hadisələr. İndi sadalanan məsələlər üzrə əhəmiyyətli dəyişikliklərin, məsələn bu yaxınlarda dolların möhkəmlənməsi və geosiyasi gərginliyin zəifləməsi kimi hadisələrin baş verməsindən sonra, biz neft qiymətlərində böyük enmənin şahidi olduq", - deyə Xəlil bildirib.

Seçin öz növbəsində dünya bazarlarına inteqrasiya mövqeyindən çıxış edib. "Biz dünyanın aparıcı energetika konsernlərinin aktivlərinə qarşılıqlı sahib olma hesabına dünya bazarına dərindən inteqrasiya etməkdə maraqlıyıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti