...

Palmali -  peşəkarlıq və strategiya: Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla müsahibə

Energetika Materials 16 Sentyabr 2008 17:44

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 sentyabr/ Trend , müxbir S.Əliyev/ Palmali Şirkətlər Qrupu on illik fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş kimi tanıtdıraraq, biznesin müxtəlif sahələrində böyük iş təcrübəsi qazanıb. Oxucuların diqqətinə Palmali-nin prezidenti Mübariz Mənsimovla müsahibəni təqdim edirik.     

- Sizin rəhbərlik etdiyiniz şirkətin ünvanına ən yaxşı fikirlər söylənilir. Bu fikirlərin coğrafiyası o qədər genişdir ki, adam çaşıb qalır: Siz həm Türkiyədə, həm Rusiyada və həm də Azərbaycandasınız... Bəs Siz özünüz Palmali-nin milli mənsubiyyətini necə müəyyən edərdiniz?

- Bu hərdən şişirdilir, burada, Türkiyədə Palmali-ni Rusiya şirkəti kimi görürlər, Rusiyada bizi Türkiyə, Maltada isə, Türkiyə-Rusiya şirkəti hesab edirlər. Buna görə də, mən  Palmali-ni beynəlxalq nəqliyyat şirkəti hesab edirəm. Burada 45 minə yaxın insan çalışır, onların əksəriyyəti keçmiş Sovet İttifaqından olanlardır.

Bizim fəaliyyət göstərdiyimiz hər bir dövlətdə müstəqil şirkətlərimiz qeydiyyatdan keçib. İlkin kapital Maltada qeydiyyatdan keçmiş Holdinqimiz tərəfindən qoyulub. Biznesimizin əvvəli isə, hazırda baş ofisimizin yerləşdiyi Türkiyədən başlayıb. Biz, hər şeydən əvvəl, beynəlxalq dəniz daşımaları ilə məşğuluq. Ötən il 78 mln.tona yaxın neft və neft məhsulları daşımışıq.

- Bu yaxınlarda Palmali/SOCAR Alyansı tərəfindən Türkiyənin tikinti şirkəti Tekfen-də iştirak payının alınması üzrə böyük sövdələşmə bağlanması haqqında elan edilib. Alyans Tekfen-i $37 milyard dəyərində işlə təmin edəcək. Bu vəsaitlər çərçivəsində hansı  işlərin həyata keçirilməsi nəzərdə tutulub?

- Bütün birgə layihələr təkcə Azərbaycanda deyil, həm də Palmali Şirkətlər Qrupunun fəaliyyət göstərdiyi başqa ölkələrdə də həyata keçiriləcək. Şirkətin dünyanın doqquz dövlətində 19 nümayəndəliyi var.

- Dünyanın ən iri donanmalarından birinin sahibi olan Palmali -nin  yaxın və orta perspektivdə genişləndirilməsi ilə bağlı hansı palnları var?

- Hər il Palmali Şirkətlər Qrupu yeni gəmilər almaqla və tikməklə donanmasının yük qabiliyyətini artırır. Üç il ərzində tanker və quru yük gəmilərinin daxil olduğu 25 qarışıq növlü gəmilərin tikintisi üzrə müqavilələr artıq imzalanıb. Ötən il on tankerin tikintisini nəzərdə tutan müqavilə imzalanıb. "Yeni Armada" tipli 5 gəminin 2008-ci ildə  təhvil verilməsi nəzərdə tutulur, qalan beş gəmininsə, gələn il təhvil verilməsi planlaşdırılır.

İlk tanker ötən ilin mayında, dördü isə iyunda istehsal edilib. Cari ilin fevralında daha beş tankerin tikintisinə başlanılıb, onların  da 2009-cu ildə təhvil veriləcəyi gözlənilir. "Yeni Armada" tipli gəmilərə "Eko-layihə"dərəcəsi üzrə əlavə nişan verilib. Nişanın olması, artıq layihələşdirilmə mərhələsində bu gəmiyə, qəza  vəziyyətlərində çirkləndirmənin qarşısının alınması üçün əlavə tələblərin tətbiq edilməsini göstərir. Bu gəmilər Qara dəniz, Azov, Baltik və Aralıq dənizlərində neft və neft məhsullarının daşınmasında istifadə ediləcək.

- Palmali və Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı -Tbilisi -Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına çatdırılan Azərbaycan neftinin nəqlində sıx əməkdaşlıq edirlər. Bu layihə indi hansı mərhələdədir? Azərbaycan neftinin daşınması üçün yeni gəmilərin cəlb edilməsi nəzərdə tutulubmu?  

- Ötən ildən şirkətimiz Bakı - Tbilisi - Ceyhan layihəsi üzrə iritonnajlı gəmiləri almağa başlayıb. Ötən il biz "Suesmaks"dərəcəli 165 min dedveytlik, hər biri 96 mln.dollar olan iki tanker almışıq. Hər iki tanker Cənubi Koreyada Hyundai Heavy Industries şirkətinin tərsanəsində tikilib. Bu gəmilər, maye yüklərin daşınmasında təhlükəsizlik baxımından, dünyanın aparıcı şirkətləri tərəfindən bəyənilib. Tankerlərin alınmasında başlıca məqsəd - Palmali və ARDNŞ arasında imzalanmış uzunmüddətli müqaviləyə uyğun olaraq, neft xammalının Ceyhan limanından nəqlidir.

Gəmilər Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və onun həyat yoldaşı akademik Zərifə Əliyevanın şərəfinə adlandırılıb.

İlin sonunadək Yaponiya istehsalı olan"Afromaks"tipli iki tankerin alınması üzrə də müqavilə imzalanacaq. Hər bir tankerin dedveyti 105 min ton, uzunluğu 237,74 metr, eni 43,03 metrdir. Alış-satış müqaviləsinin dəyəri 160 mln. dollardır. Alınan tankerlər BTC vasitəsilə Aralıq Dənizinin sahilinə vurulan nefti daşıyacaq. Tankerlər "Azərbaycan"və "Bakı" adlanacaq.

Gələn il "Suesmaks"və "Afromaks"tipli iki gəminin alınması planlaşdırılıb. BTC layihəsi üzrə iritonnajlı gəmilərin sayı səkkizə çatdırılacaq. 2009-cu ilin sonunadək BTC üzrə gəmilərin alınmasına ümumilikdə $500 mln. xərclənəcək.

-Mümkünsə, Palmali-nin çay və dəniz daşımalarından başqa, digər fəaliyyət sahələri haqqında danışın.

- Bizim hazırda üç təyyarəsi olan VİP aviaşirkətimiz var, əlavə olaraq, iki  təyyarə də bu il alınacaq. Aviaşirkəti biz Tekfеn Qrupundan iki il əvvəl almışıq. Bu, Türkiyədəki ilk özəl şirkətlərdən biridir. O,  1953-cü ildə yaradılıb. Əvvəllər Tekfеn-avia, indi Palavia adlanır. İndi biz yük versiyalı iki Boeing-737 təyyarəsinin alınması üzrə danışıqlar aparırıq. Beləliklə, gələn ildən bizim üçün yeni olan yük aviadaşımaları bazarında özümüzü sınayacağıq. Biz Falcon hava gəmilərinin təmiri ilə də məşğuluq və Dassault ilə birlikdə İstanbulda xidmət mərkəzi açırıq. Türkiyə və Azərbaycan bazarlarında fəal iş aparan tikinti şirkətimiz də var. Türkiyədə ən böyük xəstəxana tikirik. O, ilin sonunadək istifdəyə veriləcək  Baku mehmanxanasını qururuq, süd zavodumuz da var. Bundan başqa, iki radiostansiyanın, internet-portalın və jurnalın daxil olduğu media qrupumuz da var. Bizim əsas işimiz- nəqliyyat və logistikadır, lakin iştirak etdiyimiz başqa seqmentlər də var.

- Media -aktivlərin genişləndirilməsi  perspektivləri ilə bağlı nə deyə bilərsiniz?

- Ötən ilin avqustunda 35 milyonluq auditoriyanı əhatə edən PAL FM radiostansiyası yayımlanmağa başlayıb. Onun proqramları İstanbulda və əhalinin sıx məskunlaşdığı Mərmərə regionunda, İzmir, Bursa, Bolu, Balıkesir, Ədirnə və Çanaqqala əyalətlərində yayımlanır. Palmali bütün Türkiyə ərazisinə yayımlanan daha bir FM radiostansiyasını alıb. Biz PAL Hаber adı altında internet-portal açmışıq.

- Şirkət sosial layihələrin realizəsi üzrə fəal  işini bundan sonra da davam etdirmək niyyətindədirmi?

- Gələn ilin iyununda İstanbulda Palmali Şirkətinin tikdiyi ən böyük xəstəxanalardan birinin açılışı planlaşdırılıb. Analoji layihəyə bu ilin sonu - gələn ilin əvvəlində Bakıda başlamaq fikrindəyik.

Lənkərandakı zavodumuzda Pal Süd ticarət markası ilə istehsal olunan süd məhsullarının artırılması üzrə fəal iş aparılır. Müasir standartlara uyğun tikilmiş müəssisədə 25 növ məhsul istehsal edilir. Gündəlik emal gücü 150 tonu ötür. Ümumilikdə Lənkəran rayonunda gündə 150 ton süd istehsal edilir. Məhz bunu nəzərə alaraq, yeni emal müəssisəsi yaradılıb. Zavod minlərlə ailəni işlə təmin edib.

Biz Pal Süd-ü milli ticarət nişanı etmək istəyirik. Planımızda qida məhsulları sahəsi üzrə yeni layihələr də var.

- Şirkətlər Qrupu idmana da böyük diqqət göstərir. Azərbaycan futbolunda Sizin  böyük nüfuzunuz  var. Necə düşünürsünüz, uğursuzluqlara son qoymaq yolunda milli komanda üçün nə etmək lazımdır?

- Mən hesab edirəm ki, ölkənin idman infrastrukturuna sərmayələr yatırmaq lazımdır. Uşaq idmanına böyük diqqət yetirməklə, gənclər arasında bütün idman növlərini ikişaf etdirmək lazımdır və bu, yalnız futbola aid deyil.

- "Xəzər-Lənkəran" klubu Azərbaycanın futbol üzrə son çempionatının qalibi ola bilməyib. Sizin fikrinizcə, buna səbəb nədir və uğursuzluq təkrarlanarsa, hansı addımlar atılacaq?

- "Xəzər-Lənkəran"həmişə çempion titulu üçün çalışacaq. Şəxsən mən bunun üçün  heç nə əsirgəmərəm."Xəzər-Lənkəran"ı Avropa turnirlərində daha böyük nailiyyətlər əldə edə biləcək komanda kimi görürəm. Yaxın illərdə o, yüksək liqanın ən yaxşı komandası olduğunu göstərəcək və Avropa meydanlarına yol açacaq.  

- Siz niyə "Xəzər-Lənkəran"nın baş məşqçisi vəzifəsinə məhz Rasim Karanı seçmisiniz? Xatırlayıram ki, o, əvvəllər bu komanadanın məşqçisi olub və Rasim Karanın vaxtında nəzərə- çarpacaq uğurlar olmayıb.  

- Keçən dəfə mən Rasim Karanın komandadan getməsinə etiraz etmişəm. Mənim fikrimcə, bu adam komandamızı beynəlxalq arenaya çıcxara biləcək çox gözəl məşqçidir. Mən ona inanıram.

Xəbər lenti

Xəbər lenti