...

"KMG Kashagan B.V." aralıq borcunu vaxtından əvvəl ödəyib

Energetika Materials 2 Oktyabr 2008 17:28 (UTC +04:00)

Qazaxıstan, Astana, 02 oktyabr/ Trend , müxbir K.Konırova/ Kaşaqan yatağının (Şimali Xəzər layihəsi) işlənməsi üzrə Konsorsiumun iştirakçısı olan "Kazmunayqaz" MŞ SC -nin törəmə şirkəti "KMG Kashagan B.V." 1 mlrd. 50 mln. dollar həcmində aralıq borcunu vaxtından əvvəl ödəyib. Bu barədə milli şirkətin mətbuat xidmətindən məlumat verilib.

"Bu borc Şimali Xəzər layihəsinin mənimsənilməsində "Kazmunayqaz" MŞ SC -nin payının maliyyələşdirilməsi məqsədi ilə cəlb edilmişdi. Borc səkkiz bankdan ibarət sindikat tərəfindən 2007 - ci ilin sentyabrında 15 ay müddətinə təqdim olunmuşdu.

Mətbuat xidmətinin yayılan məlumatında bildrilir ki, "BNP Paribas", "Societe Generale", "Citibank N.A. Bahrain" borcun aparıcı təşkilatçıları qismində çıxış ediblər.

Məlumatda bildirilir ki, bu borcun vaxtından əvvəl qapanması, həmçinin, 2008 - ci il sentyabrın 12 - də alınmış 3,1 mlrd. dollar həcmində sindikatlaşdırılmış kreditin ödənilməsi qısa müddətli likvidlik üzrə yükün azaldılması və "KazMunayQaz" MŞ SC -nin borcunun restruktruzasiya edilməsinə imkan yaradıb. Bu, şirkətin maliyyə göstəricilərində müsbət əksini tapıb.

"KazMunayQaz" milli şirəkət" SC - karbohidrogenin araşdırılması, hasilatı, emalı və nəqli üzrə milli operatordur və Qazaxıstanın neft - qaz sahəsində dövlətin maraqlarını təmsil edir. "KazMunayQaz" SC -nin səhmlərinin 100 faizi " "Samruk"un dövlət aktivlərinin idarə edilməsi üzrə Qazaxıstan holdinqi" SC - yə məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti