...

Azərbaycanın SOCAR şirkəti xaricdə YDM şəbəkəsinin genişləndirilməsi üzrə planlarını açıqlayıb

Energetika Materials 27 Oktyabr 2008 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir E.İsmayılov/ İki il ərzində SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin (YDM) 60 ədədə çatdıracaq, - SOCAR Georgia şirkətindən bazar ertəsi bildiriblər.

Hazırda SOCAR Georgia-nın Gürcüstanda 16 YDM-i var. Bir neçə gün əvvəl Poniçala rayonunda YDM açılıb. Bu həftə Vaxuşti rayonunda daha bir məntəqə açmaq planlaşdırılır, - mənbə bildirib.

İlin sonunadək şirkət Tbilisidə dörd, Dmanisi, Kutaisi və Zestafoni rayonlarının hər birində 1  olmaqla, daha yeddi YDM istismara verməyi planlaşdırır,-  mənbə bildirib.

SOCAR Georgia-nın həmtəsisçiləri aşağıdakılardır: SOCAR - 51 faiz, Petro Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti