Azərbaycan, Bakı, 07 noyabr/ Trend / AZAL Qapalı Səhmdar Cəmiyyətinin (Mülki Aviasiya Idarəsi) AZALOİL Yanacaq - Sürktü Yağları Idarəsi aviasiya və avtomobil yanacağının saxlanılması üçün üfüqi çənlərin tikintisinə tender elan edib, - QSC- nin məlumatında bildirilir.
Tenderə yekun vurularkən, layihənin aşağı realizə dəyərinə, yüksək keyfiyyətinə, müqavilənin vaxtında yerinə yetirilməsinə, podratçının təcrübəsinə üstünlük veriləcək.
Tenderdə iştirak ərizəsi və digər sənədlər dekabrın 16-dək qəbul ediləcək. Təkliflər dekabrın 24 - dək təqdim edilməlidir. Tender təklifləri dekabrın 25-də açılacaq.