Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir S.Əliyev/ Hökumətin proqnozlarına əsasən, gələn il Cənubi Qafqaz qaz kəməri ilə (Bakı - Tbilisi - Ərzurum) neft ekvivalentində 4,9 mln. ton qaz nəql ediləcək. 2008-ci ildə bu rəqəm neft ekvivalentində 3,3 mln. ton olub.
2010 - cu ildə nəql edilən qazın həcmi neft ekvivalentində 5 mln. ton qaza, 2011 - ci ildə isə, neft ekvivalentində 5,1 mln. ton qaz nəql ediləcək. 2012 - ci ildə də neft ekvivalentində 5,1 mln. ton qaz nəql ediləcək.
Cənubi Qafqaz qaz kəməri ilə Azərbaycanda "Şahdəniz" qaz - kondensat yatağından hasil edilən qaz nəql edilir. Qaz Cənubi Qafqaz boru kəməri ilə Azərbaycandan Gürcüstan və Türkiyəyə ixrac edilir. Kondensat "Şahdəniz" yatağından hasil edilir və Bakı - Tbilisi - Ceyhan neft kəməri ilə ixrac edilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]