...

Azərbaycan neftinin qiyməti: 22 - 26 dekabr həftəsinin yekunları

Energetika Materials 29 Dekabr 2008 18:20 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 22 - 26 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir A.Bədəlova/ 22 - 26 dekabr həftəsində Azərbaycanın, Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $38,86/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $6,28/barr azdır.

22 - 26 dekabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $41,96/barr, minimal qiyməti $37,67/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

22-26 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $33,58/barr təşkil edib - ötən həftənin orta qiymətindən $6,32/barr az.

22 - 26 dekabr həftəsində URALS neftinin maksimal qiyməti $36,38/barr, minimal qiymət $32,53/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcədir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası, müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq, dəyişir.

22-26 dekabr həftəsində Brent Dated neftinin orta qiyməti $34,99/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,28/barr azdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $38,47/barr, minimal qiymət $33,66/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36% - dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti