...

Bakıda qaza tələb artıb

Energetika Materials 22 Yanvar 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar/ Trend , müx. E.İsmaylov/  "2008-ci ildə "Bakqaz" (Bakıda qaz bölünməsi) İstehsalat Birliyindən (İB) Azərbaycan paytaxtının qazpaylama şəbəkəsinə 2,4 milyard kubmetr qaz ötürülüb ki, bu da öz növbəsində 2007-ci ilin göstəricisindən 350 milyon kubmetr çoxdur", - cümə axşamı "Bakqaz"ın rəhbəri Tahir Əliyev deyib.

Dekabrda Bakının qaz sisteminə 334,4 milyon kubmetr "mavi yanacaq" ötürülüb ki, bu da ötən ilin noyabr ayindakı 234 milyon kub metr, oktyabr ayındakı 147,3 milyon kubmetrdən çoxdur.

2008-ci ildə İB Azərbaycan paytaxtına mövsümi (yay və qış) qaz verilməsi sistemindən imtina edib. Bundan sonra ötürülən qazın həcmi istehlakçı tələbinə uyğun tənzimlənir. Mövsümi rejimin tətbiqi əhalinin böyük hissəsində qaz sayğaclarının quraşdırılmaması və bu səbəbdən də qazın qeyri-rasional şəkildə paylanması idi. Hazırda Bakının qaz şəbəkəsinin abunəçilərinin 100 faizi sayğacla təmin olunub.

Ötən illərdə İB aprel aylarında yay iş rejiminə keçirdi ki, bu da özündə qaz istehlakçılarına verilən qazın qışdakına nisbətən azaldılmasını nəzərdə tuturdu. Qış mövsümünə keçid isə 15 noyabr tarixində həyata keçirilirdi. Yay mövsümündə gündəlik qaz verilişi 3-4 milyon kubmetr təşkil edirdisə, qış mövsümündə bu rəqəm 10-13 milyon kubmetr təşkil edirdi..

Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti