...

Azərbaycanda neft muzeyinin inşası üçün "Bibiheybət" quru yatağında 350 - dən çox quyu ləğv edilib

Energetika Materials 31 Yanvar 2009 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar/ Trend /

"Bibiheybət" yatağının ərazisində neft muzeyinin yaradılması məqsədilə, onun ərazisində təxminən 365 quyu ləğv edilib, - SOCAR-ın (Azərbaycanın Dövlət Neft Şirkəti) "Bibiheybətneft" Neft - Qaz Çıxarma İdarəsinin (NQÇİ) rəhbəri Fərhad Əsgərov rəsmi mətbuata müsahibədə bildirib.

Bundan əlavə, 2006 -2010 - cu illərdə "Bibiheybət" yatağının ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı çərçivəsində iş davam etdirilir. 2008 -ci ildə quyuların istismarı zamanı ayrılan lay sularının axmasının qarşısını almağa imkan verən tədbirlər həyata keçirilib, təxminən 174 hektar sahə təmizlənib və bu ərazidə təxminən 35 min ağac əkilib, - Əsgərov deyib.

Muzey Bakı şəhərinin Səbayel rayonunda, "Bibiheybətneft" Neft - Qaz Çıxarma İdarəsinin  neftdən təmizlənmiş və rekultivasiya edilmiş 45 ha sahəsində yerləşəcək.

Layihə açıq və qapalı muzey kompleksi zonalarının inşasını nəzərdə tutur. Açıq zonada sərgi qalereyaları, uşaq muzeyi və Internet klub, bir neçə kafe, suvenir mağazaları, iclas zalları, elmi - tədqiqat mərkəzi, kitabxana, SOCAR - ın mərkəzləşdirilmiş arxivi, qonaq evi yerləşəcək. Qapalı zonaya muzeyin binası daxildir. Açıq zonada  həm də park kompleksi və avtomobil dayanacağının inşası planlaşdırılıb.

Yeni muzeyin tikintisi zamanı beynəlxalq konstruksiya standartlarına müvafiq yüksəkkeyfiyyətli material və avadanlıqdan, həmçinin yeni texnologiya və innovasiyalardan istifadə etmək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti