Azərbaycan, Bakı, 03 fevral/ Trend / 2008-ci ilin yanvar-noyabr aylarında ABŞ Azərbaycandan 2007-ci ilin analoji dövründəki 16,5 milyon barelə qarşı 24,4 milyon barel neft idxal edib, - ABŞ Dövlət Enerji İnformasiyası İdarəsinin(EİA) məlumatında deyilir.
2007-ci ildə ABŞ Azərbaycandan 2006-cı ildəki 9,7 milyon barelə qarşı 20,6 milyon barel neft idxal edib, - EİA-nın məlumatında deyilir.
Azərbaycan neftinin ixrac olunduğu əsas marşrut nefti Türkiyənin Ceyhan limanına çatdıran Bakı - Tbilisi - Ceyhan boru kəməridir.
Azərbaycanın yüngül nefti Bakı - Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına nəql olunaraq, buradan ixrac edilir.
Bundan başqa, neft Gürcüstanın Batumi Qara dəniz limanından da ixrac edilir. Neft limana Bakıdan dəmir yolu ilə daşınır. Novorossiysk limanından ixrac olunan neft Bakı - Novorossiysk boru kəməri ilə nəql edilir.