Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir E.İsmayılov / "Bir müddət əvvəl qaz buraxılması səbəbindən fəaliyyəti dayandırılan "Mərkəzi Azəri" yatağında işləyən quyuların sayı səkkizə çatıb", - cümə günü neft sənayesindəki mənbə bildirib.
"Bir müddət əvvəl beş quyunun işi bərpa olunmuşdusa, indi bu rəqəm səkkizə çatıb", - mənbə bildirib.
Bu quyuların sutkalıq neft hasilatı təxminən 160 min bareldir.
"Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) yataqlarının işlənməsi üzrə operator BP sentyabrın 17-də "Mərkəzi Azəri" yatağında neft hasilatını dayandırıb və yataqda quraşdırılan platforma personalının dənizdə qazın aşkar olunması səbəbindən evakuasiya edib.
AÇG yataqlar blokundakı sutkalıq neft hasilatı həcmi 700 min bareldən çoxdur. Amma dayandrımalardan əvvəl bu rəqəm 900 min barel olub.
"Azəri"- "Çıraq"- "Günəşli" yataqlar blokunda Azeri Light neft növü hasil edilir və Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tədarük olunur.
AÇG layihəsi üzrə tərəfdaşlar: BP (operator 34,1%), ChevronTexaco (10, 2%), SOCAR (10%), İNPEX (10%), Statoil (8,6%), ExxonMobil (8 %), TRAO (6,8 %), Devon (5,6 %), ITOCHU (3,9 %), Hess (2,7%). Lazımi kapital qoyuluşlarının həcmi 20 milyard dollardır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]