...

"Tbilqaza" SOCAR tərəfindən satılan qazın qiyməti ilə bağlı bəyanat həqiqətə uyğun deyil - SOCAR Energy Georgia rəhbəri

Energetika Materials 26 Mart 2009 19:57 (UTC +04:00)
"Tbilqaza" SOCAR tərəfindən satılan qazın qiyməti ilə bağlı bəyanat həqiqətə uyğun deyil - SOCAR Energy Georgia  rəhbəri

Azərbaycan, Bakı, 26 mart / Trend müxbiri S.Əliyev/

Hal-hazırda SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Tbilisinin qazpaşlaydırıcı şəbəkənin alınamsı məsələsinə baxmır. Lakin Gürcüstanın qaz bazarında iştirak marağından asılı olaraq gələcəkdə hadisələrin belə inkişafı da istisna edilmir. Bu barədə cümə axşamı günü SOCAR Energy Georgia kompaniyasının rəhbəri Mahir Məmmədov deyib.

Gürcüstanın qazdistibyuter bazrının iştirakçısı olub, bu ölkədə genişmiqyaslı qaz layihələrinə cəlb olunub, və iki dövlət arasında yüksək səviyyədə münasibətləri nəzərə alaraq, SOCAR Gürcüstan höküməti ilə uğurlu əməkdaşlığı davam etdirmək niyyətindədir, deyə Məmmədov bildirdi.

Hal-hazırda şirkət gürcü bazarına əsas təbii qaz nəqlşisidir və keçən il dekabrın ortalarında SOCAR və Gürcüstanın Nefqaz şirkəti arasında bağlanan müqaviləyə görə, Gürcüstanda əhali arasında və elektrik enerjisi istehsal edən müəssisələr arasında bütün istehlakçıları "sosial" qazla təhciz edən əsas kompaniyadır.

Bu ən azı beş il ərzində əhali üçün təbii qaz və elektrik enerjisi sahəsində mövcud olan aşağı tarifləri saxlamağa imkan verir, - deyə Məmmədov bildirdi.

O cümlədən SOCAR-ın "Tbilqazın" da daxil olduğu Gürcüstanın əhalini təbii qazla təmin edən bütün qazdistibyuter bazarının iştirakçıları üçün təklif etdiyi qiymətlər 1000 kubmetrəyə 176 dollar səviyyəsindədir. Elektrikgenerasiya obyektləri üçün isə 1000 kubmetrə 143 dollar təşkil edir, -  SOCAR Energy Georgia rəhbəri bildirdi.

"Bunun fonunda Qazaxıstan tərəfinin "Tbilqaz" [Qazaxıstan milli neft qaz şirkəti olan "KazMunayqazın" mülkiyyətindədir] üçün qazın qiymətinin 1000 kub metrəyə 400 dollar civarında olması barədə bəyanatı, bu sözləri deyənlərin tam məlumatlı olmamasını göstərir", deyə Məmmədov bildirdi.

Müqaviləyə əsasən SOCAR tərəfindən "Tbilqaza" qaz təhcizatı bu il yanvarın 15-də başladı və bu günə qədər 92,84 milyon kub metrə qaz ötürülüb. Təhcizat adi rejimdə davam etdirilir. Bütün qaz 1000 kub metrəyə 167 manata verilirdi və bu davam etdirilir.

Yanvarın 15-ə qədər "Tbilqaz" Gürcüstanın Nef Qaz şirkətindən eyni qiymətə qaz alırdı.

Məmmədovun sözlərinə əsasən SOCAR və Gürcüstanın Neft Qaz şirkəti arasında bağlanan müqavilə "yaxın beş il ərzində qiymətin [əhali üçün 1000 kub metrəyə 176 dollar və elektirkgenerasiya müəssisələri üçün 1000 kyb metrəyə 143 dollar] artırılmasını nəzərdə tutmur. Bu müqavilə yalnız bir tərəfə, yəni qiymətin azaldılması istiqamətində işləyə bilər".   

Müəlliflə bu ünvanla əlaqə saxlamaq olar [email protected]

Xəbər lenti

Xəbər lenti