...

SOCAR yanvar-mart aylarında neft məhsulları ixracını artırıb

Energetika Materials 3 Aprel 2009 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend /

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iqtisadi əməliyyatlar və marketinq idarəsi yanvar-mart aylarında neft emalı zavodları ilə (NEZ) təxminən 564 min ton neft məhsulu ixrac edib. 2008-ci ilin analoji dövründə bu göstərici 555,2 min ton təşkil edirdi.

Cari ilin ilk üç ayı ərzində bitum və sürtkü yağları ixrac olunmayıb.                                                           

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 milyon ton neft olan Bakının iki NEZ bazasında istehsal olunur. Hər iki NEZ öz vəasiti hesabına quru və su yataqlarında ildə 6 milyon tondan çox neft hasil edən SOCAR-ın tərkibinə daxildir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ixrac etdiyi neft məhsullarının ümumi cədvəli:

Neft məhsulu

Yanvar-mart 2008 (min ton)

Yanvar-mart 2009 (min ton)

Dizel yanacağı

410,5

391

Mazut

1

1,34

Avtomobil benzini

71,2

53,2

Aviasiya nefti

72,6

118,21

Sürtkü yağları

0

0

Bitum

0

0

Xəbər lenti

Xəbər lenti