...

Azərbaycanda 7,5 milyard kVT/saata yaxın elektrik enerjisi istehsal edilib

Energetika Materials 6 May 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend /

"Azərenerji" SC (Azərbaycanın ən iri elektrik enerjisi istehsalçısı) cari ilin yanvar-fevral ayları ərzində ötən iln analoji dövründə istehsal etdiyi 7,9 milyard kilovatt/saat elektrik enerjisinə nisbətdə 7,5 milyard kilovatt/saatdan artıq elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji"nin məlumatında deyilir.

İstehsal edilən elektrik enerjisinin ümumi həcmindən istilik elektrik stansiyalarının payına 6,9 milyard, hidroelektrik stansiyaların payına isə 0,6 milyard kilovatt/saat düşür.

Apreldə "Azərenerji" tərəfindən 1,6 milyard kilovatt/saat elektrik enerjisi istehsal edilib ki, bunun da 1,5 milyardı istilik elektrik stansiyalarının, qalan 0,1 milyard kilovatt/ saat isə hidroelektrik stansiyaların payına düşüb.

Xəbər lenti

Xəbər lenti