...

Qazaxıstan Xəzər Neft Nəqli Sistemində istədiyi payı açıqlayıb

Energetika Materials 18 İyun 2009 17:55 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 iyun / Trend müxbir K.Konırova/

"Qazaxıstan Xəzər Neft Nəqli Sistemi (QXNNS) layihəsində 51 faiz pay almaq niyyətindədir", - Trend -ın xüsusi müxbirinə "KazMunayQaz" MŞ SC-də, hazırda Astanada keçirilən danışıq prosesinə yaxın olan məlumatlı mənbə xəbər verib.

"QXNNS-də Qazaxıstanın payı 51 faiz olacaq və layihə üzrə digər tərəfdaşlar ("Kaşaqan" üzrə konsorsiumun iştirakçıları və Chevron şirkəti) buna etiraz etmir", - həmsöhbət, anonimlik şərtilə deyib.

O bildirib ki, Chevron-la bəzi həll ediləsi məsələlər var, amma "onlar Qazaxıstanın bu layihədəki payına aid deyil".

Bir müddət əvvəl enerji və mineral resurslar naziri Sauat Mınbayev deyib ki, Qazaxıstan QXNNS layihəsinə ən azı əlli faiz pay olmadan daxil olmaq fikrində deyil.

Ötən həftə "KazMunayQaz" şirkətində konsorsiumun iştirakçıları ilə QXNNS layihəsinin realizəsinin fəallaşdırılması üzrə danışıqlar başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti