...

SOCAR Xəzərdə yeni qaz obyektini təhvil verməyə hazırlaşır

Energetika Materials 29 İyun 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir E.İsmayılov / 

SOCAR sentyabr ayında aşağıtəzyiqli qazın "Günəşli" yatağının az sulu hissəsinə sıxılması üçün kompressor stansiyasını istismara verməyi planlaşdırır. Bu barədə bazar ertəsi SOCAR-dakı işə yaxın mənbədən bildirilib. "Günəşli" yatağının çox sulu hissəsi SOCAR ilə birgə xarici şirkətlər konsorsiumu tərəfindən işlənilir.

"Hava şəraiti işləri tamamlamağa imkan verərsə, stansiyanı sentyabr ayının 15-dək təhvil vermək planlaşdırılır", - deyə mənbədən bildirilib.

Mənbədən bildirildiyi kimi, bütün lazımı avadanlıqlar artıq platformaya gətirilib, avadanlıqların quraşdırılması və qaz kəmərlərinə qoşulması işləri qalır. 

Stansiya iki aqreqatdan ibarət olacaq, onların hər birinin gücü sutkada iki milyon kubmetr qaz təşkil edəcək. Stansiyanın ümumi gücü sutkada dörd milyon kubmetr qaz təşkil edəcək. 

Stansiyanın tikintisi SOCAR-ın şəxsi vəsaiti hesabına həyata keçirilir. Lazımı infrastrukturların yaradılması və bu layihənin həyata keçirilməsi 150 milyon dollar məbləğində dəyərləndirilir.

Qaz bu stansiyada sıxıldıqdan sonra (yüksək təzyiq) Azərbaycanın Qaz Emalı Zavoduna və ya milli qaz nəqli sisteminə yollanaraq abunəçilərə paylanacaq. 

Stansiyaya qaz 2-2,5 atmosfer təzyiqi ilə daxil olacaq və 17 atmosfer təzyiqi ilə çıxacaq. Bundan sonra qaz "Neft Daşları" dəniz yatağındakı 2 saylı kompressor stansiyasına nəql ediləcək və 55 atmosfer təzyiqinə kimi sıxılacaq. Bundan sonra isə qaz quruya nəql olunacaq.

Bu məqsədlər üçün "Neft Daşları"nda kompressor mərhələsində dörd əlavə aqreqatın quraşdırılması prosesi tamamlanır, bunun nəticəsində də onun gücü sutkada 7,4 milyon kubmetrdən 10,5 milyon kubmetrə kimi artırılacaq.  

SOCAR-ın Ekologiya idarəsinin başçısı Azər Əliyevin sözlərinə əsasən, "Günəşli" yatağında havaya buraxılan qazın həcmi ildə 150 və 250 milyon kubmetr arasında dəyişir. "Neft Daşları" yatağında bu göstərici 150 milyon kubmetr təşkil edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti