...

Xəzər dənizi üzərində vertolyot qəzası nəticəsində itkin düşmüş sərnişinlərin axtarışı davam edir - SOCAR

Energetika Materials 13 İyul 2009 16:01 (UTC +04:00)
Xəzər dənizi üzərində vertolyot qəzası nəticəsində itkin düşmüş sərnişinlərin axtarışı davam edir - SOCAR

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir S.Əliyev /

İyulun 12-də Xəzər dənizi üzərində qəzaya uğramış Mİ-8 vertolyotunun iki sərnişininin axtarışı hələ də davam edir. İşə SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının gəmiləri və dalğıcları cəlb olunub. Bu barədə Dövlət Neft Şirkətindən bazar ertəsi bidirilib.

Bədbəxt hadisə nəticəsində zərərçəkmiş altı nəfərdən dördü xilas edilib, iki nəfərin (Viktor Mostavenko və Rafiq Nemətov) axtarışı isə hələ də davam edir.

SOCAR-in verdiyi məlumata görə, xilas olunanlardan ikisi dünən yerləşdirildikləri Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb.

Dünən Bakı vaxti ilə 16:30-da "Azal" QSC-yə məxsus qəzaya uğrayan vertolyot 85-89 metr dərinlikdə suya batıb. Platformanın 4-cü blokundan havaya qalxan vertolyot Çilov adası yaxınlığında hələ də naməlum qalan səbəblərdən dənizə düşüb.

Azərbaycan Baş Prokurorluğu Cinayət məcəlləsinin "Hava hərəkəti təhlükəsizliyi və istifadə qaydalarının pozulması" maddəsi ilə cinayət işi qaldırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti