...

Türkiyə "Nabukko" qaz kəməri layihəsinin mümkün reallaşmaması halında özünü təhlükəsizləşdiməyə çalışır - ekspert

Energetika Materials 8 Avqust 2009 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir R.Hafizoğlu, E.İsmayılov /

Türkiyə və Rusiya arasında "Cənub axını" layihəsi üzrə əldə olunan razılaşma "Nabukko" layihəsinin mümkün reallaşmaması halında Türkiyənin özünü təhlükəsizlədirməyə çalışdığını göstərir, cümə günü Türkiyənin "İşık" Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Bülent Aras bildirib.

"Türkiyə və Rusiya arasında "Cənub axını" layihəsi üzrə əldə olunan razılaşmada diqqətdən kənarda qalan nüanslar var. Türkiyə ərazisindən keçən digər layihələr Avropanın nəzarəti altındadır. "Cənub axını" üzrə əldə olunan razılaşma isə  "Nabukko" layihəsinin reallaşması üçün heç bir maneə yaratmayacaq. Hər üş layihənin əsas məqsədi qazın Avropa bazarına çatdırılmasıdır", - Aras bildirib.

Bu layihə üzrə razılaşmanın əldə olunması ilə Türkiyə heç nə itirmir, belə ki, Türkiyə qaz istehsalçısı deyil, ərazisi ilə qaz Avropa və dünya bazarına çıxarılan bir dövlətdir.

Rusiya və Türkiyə bu yaxınlarda qaz sahəsində əməkdaşlıq məqsədilə hökumətlərarası protokol imzalayıblar.

Sözügedən sənədin imzalanması Rusiyaya Türkiyə ərazisində "Cənub axını" layihəsi üzrə kəşfiyyat işləri aparmağa imkan verəcək. Protokolda həmçinin "Mavi axın -2" qaz kəmərinin inşası üzrə planlar təsdiqlənir. Türkiyə qazın Türkiyəyə tədarük olunduğu hazırkı "Mavi axın" bazasında qaz kəmərinin yaradılmasını nəzərdə tutan "Mavi axın- 2" layihəsinə maraq göstərib, RBK xəbər verir.

"Cənub axını"nın inşası üçün bütün icazələr növbəti ilin noyabr ayının 1-nə kimi alınacaq. Söhbət həmçinin Türkiyə tərəfinin icazələrindən gedir. Noyabırn 1-n kimi kəşfiyyat işlərinin aparılması üçün bütün icazələr veriləcək.

"Cənub axını" layihəsi Qara dənizin dibi ilə Avropaya qaz tədarükü üzrə yeni marşrutun yaradılmasını nəzərdə tutur.

"Cənub axını" layihəsi Avropaya yeni qaz tədarükü marşrutunun yaradılmasını nəzərdə tutur. Onu İtaliyanın ENİ və Rusiyanın "Qazprom" şirkətləri həyata keçirir. Bu şirkətlər 2007 - ci il iyunun 23 - də dəniz qaz kəmərinin çəkilişi barədə saziş imzalayıblar. Rusiyanın qaz inhisarçısı "Qazprom" 2008-ci ilin ortalarında "Cənub axını" qaz kəmərinin dəqiq marşrutlarını müəyyən edib. Holdinq Bolqarıstan, Macarıstan, Serbiya və Yunanıstan ilə sazış bağlayıb, həmçinin Sloveniya və Avstriya ilə ilkin danışıqlar aparıb. "Cənub axını"nın dəniz hissəsinin Qara dənizin dibi ilə, Rusiya sahilindən ("Bereqovaya" kompressor stansiyası) Bolqarıstan sahilinədək keçəcəyi planlaşdırılır. Qaz kəmərinin Qara dəniz hissəsinin ümumi uzunluğu təxminən 900 km, maksimal dərinliyi 2000 metrdən çox olacaq. Qaz kəmərinin quru hissəsi Bolqarıstanda iki qola ayrılacaq - cənub-qərb və şimal-qərb marşrutu.  Qaz kəmərinin layihə gücü təxminən 31 mlrd. kubmetr təşkil edir. Onun 63 milyard kubmetrə kimi artırılması planlaşdırılır. Qaz kəmərinin istismara verilməsi 2015-ci ilə planlaşdırılır, daha tez buraxılış istisna edilmir.

Dəyəri 7,9 mlrd. dollar avro olan  "Nabukko" qaz kəməri qazın Xəzər regionundan Aİ ölkələrinə tədarükünü nəzərdə tutur. Qaz kəmərinin çəkilişi 2011 - ci ilə təyin edilib. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə, kreditorların hesabına maliyyələşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti