...

ARDNŞ və USTDA tullantılar üzrə müasir mərkəzin yaradılması haqqında müqavilə imzalayıblar

Energetika Materials 13 Avqust 2009 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir E.ismayılov, N.İsmayılova /

Azərbaycan Dövlət Neft Şirkəti və Amerikanın Ticarət və İnkişaf Agentliyi USTDA cümə axşamı 572 068 dollar dəyərində qrant müqaviləsi imzalayıblar. Müqaviləni ARDNŞ-in başçısı Rövnəq Abdullayev və USTDA-nın icraçı direktoru Devid Hester imzalayıb.

Qrant müqaviləsinə əsasən, ARDNŞ tullantılar üzrə müasir mərkəzin yaradılmasına başlayacaq və bu məqsədlə xarici konsaltinq şirkətləri arasında tender elan edəcək. Bu mərkəzin inşasının texniki-iqtisadi əsaslandırılması nəticəsində texniki, iqtisadi və maliyyə aspektləri müəyyən ediləcək və realizə edilmə üzrə alternativ yollarının tapılması məqsədilə müxtəlif təkliflər əldə olunacaq.

"Şirkət bir sıra iqtisadi layihələr, həmçinin torpaqların və sənaye sularının təmizlənməsi üzrə layihələr həyata keçirir, şirkətin bu səbəbdən sənaye tullantılarının emal edilməsi, toplanması və yox edilməsi üçün yeni tullantı mərkəzinə ehtiyacı var", - Abdullayev bildirib.

Onun sözlərinə əsasən, ARDNŞ və USTDA arasındakı danışıqlar bir il çəkib.

"USTDA tullantıların idarə edilməsi üzrə layihələrin həyata keçirilməsi işində böyük dəstək göstərir. Ayrılan qrant TİƏ-nın və layihənin hazırlanmasına yönələcək. Qısa müddətdə beynəlxalq standartlara cavab verən yeni mərkəz yaradılacaq və gələcəkdə də ekoloji layihələrin həyata keçirilməsi zamanı tullantıların saxlanılması nöqteyi-nəzərindən işimiz asan olacaq", - Abdullayev bildirib.

Hazırda ARDNŞ-in nəzdində 1985-ci ildən fəaliyyət göstərən tullantı mərkəzi mövcuddur, lakin həmin mərkəz artıq həm maddi, həm də mənəvi baxımdan köhnəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti