...

ARDNŞ bu il yeraltı qaz anbarlarına qazın doldurulma həcmini artıracaq

Energetika Materials 13 Avqust 2009 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2009-2010-cu ilin payız-qış mövsümündə istifadə etmək  üçün Azərbaycanın yeraltı qaz yataqlarına 1,8-1,9 milyard kubmetr qaz doldurmağı planlaşdırır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

"Ümidvaram ki, mövsümə qədər qaz anbarlarına 1,8-1,9 milyard kubmetr qaz doldurulacaq və bu, qaz anbarlarının genişləndirilməsinin birinci fazasında başa çatacaq", - Abdullayev deyib.

Şirkət rəhbəri deyib ki, gələn ilin mövsümünə qədər yeni kompressor stansiyaların, boru kəmərlərinin inşası və quyuların təmiri işlərinin başa çatdırılması planlaşdırılır. Hazırda ARDNŞ Azərbaycanın hər iki qaz anbarında - "Qaradağ" (işlək gücü 500 milyon kubmetr) və "Kalmaz"da (işlək gücü 1,1-1,2 milyard kubmetr) paralel iş aparır. Burada quyular təmir edilir, infrastrukturların yenidən tikilməsi və yeni qaz kəmərlərinin çəkilməsi məsələsi isə qalır.

Abdullayev bildirib ki, ARDNŞ "Kalmaz" və "Qaradağ" istiqamətində yeni 47 kilometrlik qaz kəmərinin inşası üzrə işə başlayıb.

Onun fikrincə, yaxın zamanda Azərbaycanın yeraltı qaz yataqlarına 3 milyard kubmetrə yaxın qaz doldurulacaq, perspektiv üçüncü mərhələdə isə bu rəqəm 5 milyard kubmetrə çatdırıla bilər.

"Bu, Azərbaycanın daxili bazarının qaz təminatını artırmağa imkan verəcək və ölkənin ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək", - Abdullayev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti