Azərbaycan, Bakı, 09 sentyabr / Trend /
Avqustda Mingəçevirdəki "Azərbaycan istilik elektrik stansiyası" tərəfindən 370,3 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılandan 20,3 milyon kilovatt-saat çoxdur. Bu barədə "Azərenerji" SC-nin (ölkədə böyük elektrik enerjisi istehsalçısı) məlumatında deyilir.
Səkkiz elektrik blokundan ibarət olan elektrik stansiyasının payına Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45 faizi düşür. Hazırda stansiyada modernləşmə işləri həyata keçirilir. Stansiya səkkiz enerji blokundan ibarətdir, onun gücünün artrılması səkkiz enerji blokunun hər birinin yenidən qurulması hesabına planlaşdırılır. Hər blokun gücü 300 meqavatt təşkil edir.
İES-in enerji bloklarının tamamilə müasirləşdirilməsi prosesinin 2010-cu ilin sonuna kimi tamamlanması planlaşdırılır. Yenidənqurma nəticəsində İES-in gücü hazırkı 2400 meqavattdan 3000 meqavatta kimi artırılacaq.