...

Azərbaycan paytaxtında elektrik enerjisi istehlakı azalıb

Energetika Materials 10 Sentyabr 2009 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir E.İsmayılov /

Yanvar-avqust aylarında "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin paylanması və bölüşdürülməsi) "Azərenerji" SC-dən 5,5 milyard kilovat-saat elektrik enerjisi alıb, ötən ilin analoji dövründə bu göstərici təxminən 5,9 milyard kilovat-saat təşkil edib. Bu barədə "Bakıelektrikşəbəkə"nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Avqust ayında "Bakıelektrikşəbəkə" tərəfindən 537,8 milyon manat kilovat-saat elekktrik enerjisi alınıb, bu göstərici ötən ilin avqust ayında 616,6 milyon kilovat-saat təşkil edib.

"Azərenerji" SC tərəfindən verilən elektrik enerjisinə görə "Bakıelektrikşəbəkə"nin yanvar-avqustda ödəmələri 84,7 faiz təşkil edib. Bu göstərici ötən ilin analoji dövründə 80 faiz olub.

Avqust ayında "Azərenerji"dən alınan elektrik enerjisi ödəmələri 91 faiz təşkil edib, ötən ilin avqust ayında bu göstərici 86,1 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti