...

Avropaya Türkiyə vasitəsilə 60 milyard kubmetrə qədər Xəzər qazı tədarük edilə bilər - "Nabukko" layihəsinin rəhbəri

Energetika Materials 17 Sentyabr 2009 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir A.Bədəlova /

Bu ilin sonu - gələn ilin əvvəlinə "Nabukko" boru kəməri ilə bir milyard kubmetr qaz tədarükü üzrə müqavilə imzalanacaq, Bakıda beynəlxalq konfransda Nabucco pipеline gas international konsorsiumunun icraçı dirtektoru Reynhard Mitçek deyib.

O, müqaviləni imzalayacaq tərəfin və ya şirkətin adını açıqlamayıb.

Onun sözlərinə görə, gələcəkdə həcm 31 milyard kubmetrədək artırılmayana qədər digər müqavilələr də imzalanacaq.

"Müqavilələr imzalanandan sonra sərmayəçilərlə müqavilələrin bağlanmasına keçəcəyik", - Mitçek deyib.

Qaz kəmərinin inşasına 2011-ci ildə, ilkin ixracata isə 2014-cü ildə başlanılması planlaşdırlır. "Göstərilən müddətdə məqsədlərimizə çatacağımıza şübhə yoxdur", - o deyib.

Onun sözlərinə görə, Xəzər regionu Türkiyə vasitəsilə Avropaya 50-60 milyard kubmetr qaz daşınmasını təmin edə bilər. "Bu, yalnız "Nabukko" deyil, digər layihələrin də realizəsi üçün də mühüm həcmdir", - Mitçek deyib.

2010-cu ilə planlaşdırılan yekun investisiya qərarının qəbul edilməsi ciddi müqavilələrin imzalanmasına təkan verəcək. Layihə üçün ilk növbədə qaz mənbələri kimi Mitçek Azərbaycan və İraqın adını çəkib.

Dəyəri 7,9 mlrd. dollar avro olan "Nabukko" qaz kəməri qazın Xəzər regionundan Aİ ölkələrinə tədarükünü nəzərdə tutur. Qaz kəmərinin inşasına 2011-ci ildə, ilkin ixracata isə 2014-cü ildə başlanılması planlaşdırılır. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edəcək.

Layihənin iştirakçıları OMV Gas GmbH (Аvstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE-dir (Almaniya). İştirakçıların hər biri bərabər - 16,67 faiz paya malikdirlər. Laihənin ümumi dəyərinin 30 faizinə pay iştirakı əsası ilə Nabucco Gas Pipeline International sərmayə qoyacaq, qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti