...

Qazaxıstan ətirli karbohidrogen kompleksinin inşasına dair müqavilə bağlayıb

Energetika Materials 30 Oktyabr 2009 12:38 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 oktyabr / Trend , müxbir K.Konırova/

Bu gün Astanada "Atıraus neftemalı zavodu" MMŞ ("QazMunayQaz ticarət evi" SC törəmə təşkilatı) və Çinin "Sinopec Engineering" şirkəti arasında Atıraus NEZ-da "açar altında" şərtləri ilə ətirli karbohidrogen istehsalı kompleksinin inşasına dair müqavilə bağlanıb. Bu barədə bu gün Astanada keçirilən mətbuat konfransında "KazMUnayQaz" SC-nin neft emalı üzrə idarəetmə direktoru Daniyar Tiesov bildirib.

"Müqavilənin dəyəri - 1 milyard 40 milyon dollardır", - Tiesov deyib.

Onun sözlərinə görə, kompleksin inşasına iki şirkət - Yaponiya və Çin şirkətləri iddia ediblər.

"Burada qiymət amili rol oynayıb. Yaponlar 3 milyard dollardan çox vəsait ilə müqavilə təklif edib, çinlilər isə əvvəlcə 1 milyard 90 milyon dollar təklif ediblər, sonra isə bu vəsait 1 milyard 40 milyona qədər azaldıldı. Bundan əlavə, hər ikisi münasib maliyyə şərtləri təklif edib", - Tiesov deyib.

Onun sözlərinə görə, ətirli karbohidrogen istehsalı kompleksinin inşası ildə 133 min tona qədər benzol, 496 min tona qədər paraksilol buraxılmasını həyata keçirməyə, həmçinin"Avro-4" standardlı dizel yanacağından benzin alınmasına imkan verir.

Kompleksin inşası 2009-2013-cü illər üçün nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti