...

ABŞ neftə olan qiymətlərin artacağını proqnozlaşdırır

Energetika Materials 11 Noyabr 2009 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir A.Bədəlova/

ABŞ-ın Dövlət Energetika İnformasiyası İdarəsi (EIA) ilin sonunadək Amerikanın WTI markalı yüngül neftinin qiymətinin $75/barel olacağını proqnozlaşdırır. EIA-nın yeni proqnozlarına müvafiq olaraq, oktyabr-mart dövründə WTI-nin orta qiyməti $77/barel olacaq.

EIA 2010-cu ilin dekabrına WTI-nin orta qiymətinin 81 dollaradək artacağını proqnozlaşdırır.

EIA-nın noyabr ayındakı hesabatında deyildiyi kimi, neftin qiymətində artım dünya və ABŞ iqtisadiyyatının yaxşılaşması ilə bağlı olacaq.

EIA-nın proqnozlarına müvafiq olaraq, 2010-cu ildə ABŞ-da ÜDM 1,9%, dünyada isə 2,6% artacaq.

Çərşənbə axşamına olan satışa görə, noyabrın 10-da Nyu-York birjasında fyuçers müqaviləsi ilə WTI-nin noyabr üzrə qiyməti 0,38 dollar artaraq $79,05/barelə çatıb. Dekabr Fyuçers müqaviləsi ilə Brent markalı neftin qiyməti 0,27 dollar artaraq $77,5/barelə çatıb.

Dövlət Energetika İnformasiyası İdarəsi (EIA) ABŞ-ın Energetika Departamentinin statistik agentliyidir. Agentlik 1997-ci ildə Konqres tərəfindən yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti