...

Rusiyanın energetika naziri İrana səfər edəcək

Energetika Materials 18 Noyabr 2009 15:54 (UTC +04:00)
İranın RF-dəki fövqəladə və səlahiyyətli səfiri Mahmudrza Səccadi bildirib ki, Rusiyanın energetika naziri Sergey Şmatko noyabrın 30-da İrana səfər edəcək.
Rusiyanın energetika naziri İrana səfər edəcək

İranın RF-dəki fövqəladə və səlahiyyətli səfiri Mahmudrza Səccadi bildirib ki, Rusiyanın energetika naziri Sergey Şmatko noyabrın 30-da İrana səfər edəcək. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.

Şmatko ikigünlük səfər zamanı İran və Rusiya iqtisadi əməkdaşlıq komissiyasının 8-ci iclasında iştirak edəcək.

Səccadi bildirib ki, Şmatkonun Tehrana səfəri zamanı neft və qaz, yükdaşımaları, elmi və texniki əməkdaşlıqlara dair müzakirələr aparılacaq və bir neçə sənəd imzalanacaq.

İran və Rusiya iqtisadi əməkdaşlıq komissiyasının iranlı rəhbəri XİN rəhbəri Mənuçöhr Müttəki, rusiyalı rəhbəri isə Sergey Şmatkodur. İki ölkə arasında iqtisadi əməkdaşlıq komissiyasının sonuncu iclası 2007-ci ilin dekabrında Moskvada keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti