...

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın prioritetlərindən biri energetika təhlükəsizliyidir - səfir

Energetika Materials 23 Noyabr 2009 14:03 (UTC +04:00)
Britaniya höküməti Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq münasibətlərinin inkişafına böyük diqqət ayırır. Bu barədə bazar ertəsi Britaniya biznes adamlarının ikinci səfəri zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun (Dr. Carolyn Browne) deyib.
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın prioritetlərindən biri energetika təhlükəsizliyidir - səfir

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir Ü.İsmaylova/

Britaniya höküməti Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq münasibətlərinin inkişafına böyük diqqət ayırır. Bu barədə bazar ertəsi Britaniya biznes adamlarının ikinci səfəri zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun (Dr. Carolyn Browne) deyib.

"Britaniya höküməti Azərbaycanla əsasən dörd istiqamətdə tərəfdaşlıq münasibətlərinin inkişafına diqqət ayırır", - Braun deyib.

Bu istiqamətlər arasında Böyük Britaniyanın ticarət, yaxud biznes dairələrinin Azərbaycanda fəaliyyəti, yeni investisiyaların cəlb edilmə təşəbbüsü və respublikada Britaniya iş adamları üçün yeni imkanların yaradılması yer alır.

İkinci prioritet istiqamətə enerji təhlükəsizliyinin təmin edilməsi, o cümlədən bunun çərçivəsində Azərbaycanda yeni karbohidrogen resurslarının üzə çıxarılması, istifadəsi, emalı və gələcək ixracı aiddir.

Üçüncü istiqamətə terrorizmlə mübarizəyə dair birgə tədbirlərin keçirilməsi aiddir. Dördüncü istiqamət isə tərəfdaşlıq münasibətlərinin inkişafı və Azərbaycanda Avropa standartları keyfiyyətində biznes həyata keçirməyi əhatə edir.

Bütün bu tədbirlər Avropa ittifaqının xətti ilə keçiriləcək. "Azərbaycan bu gün Avropa İttifaqının bir çox ölkələri ilə tərəfdaş münasibətlərinə malikdir və real nəticələri var", - Braun deyib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrindən olan təxminən 20 Britaniya şirkəti iştirak edir. Azərbaycan görüşdə Beynəlxalq Bank, Azpromo, AZMECO və digər təşkilat və şirkətlərlə təmsil olunub. Britaniya biznes dairələrinin Azərbaycana birinci səfəri 2008-ci il oktyabrında baş tutub.

Məqalə müəllifi ilə əlaqə ünavnı: [email protected]

Xəbər lenti

Xəbər lenti