...

Paytaxtın qaz tələbatı 10 milyon kubmetri keçib

Energetika Materials 21 Dekabr 2009 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir E.İsmayılov/

Hazırda "Azəriqaz" İstehsalat Birliyi yanında "Bakqaz" idarəsinin Bakı şəhərinin qaz sisteminə orta sutkalıq qaz verilişi 10,4 milyon kubmetr təşkil edir. 18 noyabra olan məlumata görə, bu göstərici 6,55 milyon kubmetr təşkil edib, bu haqda bazar ertəsi idarədən mənbə məlumat verib.

"Şəhərdə qaz istehlakı artır, biz artıq sutkada 10,4 milyon kubmetr qaz veririk", - mənbə deyib.

Mənbə daha əvvəllər deyib ki, yanvar-noyabr aylarında paytaxt istehlakçılarına 2,1 milyard kubmetrdən artıq məişət qazı verilib. Noyabr ayında bu göstərci 216 milyon kubmetr, oktyuabrda isə 123,6 milyon kubmetr təşkil edib.

Sentyabrda paytaxtın qaz sisteminə 108 milyon kubmetr qaz verilib. Avqustda bu göstərici 104 milyon kubmetr qaz olub. İyulda qaz sisteminə 109 milyon kubmetrə yaxın qaz tədarük edilib. İyunda bu göstərici 114 milyon kubmetr qaz təşkil edib. Mayda isə sistemə 141 milyon kubmetr qaz verilib.

Keçən il İB Bakının qaz sisteminə ümumilikdə 2,45 milyard kubmetrə yaxın qaz verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti