...

ARDNŞ Gürcüstana sutkada 2 milyon kubmetrdən artıq qaz ixrac edir

Energetika Materials 13 Yanvar 2010 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir E.İsmayılov/

ARDNŞ-nin Gürcüstan bazarında fəaliyyəti çərçivəsində hazırda bu ölkəyə sutkada 2,3 milyon kubmetr qaz tədarükü həyata keçirilir. Bu barədə çərçənbə günü ARDNŞ-dəki mənbə deyib.

"Hazırda Gürcüstan istiqamətində sutkalıq qaz tədarükü 2,3 milyon kubmetr təşkil edir", - mənbə deyib.

ARDNŞ Gürcüstana qaz tədarükünü Azərbaycanın Qazax rayonunda iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirir. Bu boru kəməri vasitəsilə qazın vurulma gücü ildə 3 milyard kubmetrə yaxın təşkil edir.

2008-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında ARDNŞ-nin 2009-cu ildən başlayaraq növbəti 5 il ərzində Gürcüstan bazarında fəaliyyətini aktivləşdirmək imkanı yaradan saziş imzalanıb. Memaronduma əsasən, ARDNŞ layihənin reallaşması üçün SOCAR Georgia Gas törəmə müəssisəni yaradıb.

Həmçinin 2008-cil il dekabrın 26-da ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şido və Kvemo-Kartli, Acarıstan, Quriya, İmeretiya, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar edilib.

SOCAR Energy Georgia-dakı mənbə daha əvvəllər demişdi ki, 2009-cu ildə ARDNŞ Gürcüstan bazarına ümumilikdə 302 milyon kubmetr sosial qaz və 140 milyon kubmetrə yaxın kommersiya qazı verib.

Xəbər lenti

Xəbər lenti