...

ARDNŞ-nin Qara dəniz neft terminalı yeni gəmi alıb

Energetika Materials 21 Yanvar 2010 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir E.İsmayılov/

ARDNŞ-nin Kulevidəki Qara dəniz neft terminalı SOCAR-4050 BHP çoxməqsədli yedək gəmisini istismara götürüb. Gəmi Aframax tipli tankerlərin bağlanması prosesinə cəlb ediləcək. Bu barədə limanın rəsmi internet saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumtda deyilir ki, yeni yedək gəmisinin gücü 55 ton təşkil edir, neft çirklənmələrinin idarə olunması və yanğın əleyhinə sistemlə təchiz edilib. Bu Kulevi limanında yük əməliyyatlarının təhlükəsizliyini təmin etməyə imkan verir.

Kulevidəki neft terminalı öz işinə 2008-ci ilin yayında başlayıb. Terminalın ümumi yükboşaltma gücü üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxil olmaqla, ildə 10 milyon ton neft-maye yükü təşkil edir. Rezervuar parkının ümumi həcmi 320 min kubmetr təşkil edir.

Xəbər lenti

Xəbər lenti