Azərbaycan, Bakı, 10 mart / Trend /
Bu gün Azərbaycanın istilik elektrik stansiyalarında (İES) istismarda olan dörd enerji blokunun sutkalıq elektrik enerjisi istehsalı 15-17 milyon kilovat-saat təşkil edir. Bu barədə "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisi isehsalçısı və paylayıcısı) çərşənbə günü yayılan məlumatında deyilir.
"2005-2015-ci illərdə ölkənin yanacaq-energetika kompleksinin inkişafı Dövlət Proqramı" çərçivəsində İES-in yenidənqurma işlərinə başlanılıb. Beşinci, dördüncü və üçüncü enerji bloklarında yenidənqurma işləri başa çatdırılıb. Hazırda analoji işlər ikinci və yeddinci enerji bloklarında aparılır.
Hazırda üçüncü, dördüncü, beşinci və yeddinci enerji blokları istismarda, birinci və altıncı enerji blokları isə ehtiyatdadır.
Yenidənqurma işlərinin bu il sona çatdırılması planlaşdırılır. Beş enerji blokunun yenidənqurmadan sonra elektrik enerjisi sistemi əlavə 450 meqavat güc olacaq.
Ötən il İES proqnozlaşdırılan 6,5 milyard kilovat-saat elektrik enerjisinə nisbətdə 6,8 milyard kilovat-saat elektrik enerjisi hasil edib.