Azərbaycan, Bakı, 29 mart / Trend /
Şəmkir SES-in kaskadı proqnozlaşdırılan 200 milyon kilovat-saata nisbətdə yanvar-fevral aylarında 210,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) məlumatında deyilir. Kaskada Şəmkir və Yenikənd su elektrik stansiyaları (SES) daxildir.
Kaskadın istehsal etdiyi elektrik enerjisinin ümumi həcminin 143,9 milyon kilovat-saatı Şəmkir SES-in, 66,8 milyon kilovat-saatı isə Yenikənd SES-in payına düşüb.