...

ARDNŞ Xəzərdəki yataqda ekoloji monitorinq keçirib

Energetika Materials 30 İyun 2010 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji Tədqiqatlar Ekspedisiyası "Neft Daşları" dəniz neft-qaz yatağında birinci mövsümi dəniz monitorinqi keçirib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, monitorinq Xəzər dənizində fəaliyyət göstərən Neft-Qaz Çıxarma idarələrində hasilat zamanı Xəzər dənizinin ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi, ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, həmçinin su qatının stratifikasiyası dövrlərində planktonun populyasiya sıxlığını, suyun üst və alt qatlarında qida maddələrinin miqdarını təyin etmək məqsədilə aparılıb. İlkin monitorinq zamanı ümumilikdə 291 nümunə götürülüb ki, hazırda da onlar öyrənilir.

Alınan nəticələrə uyğun olaraq yataq üzrə ilkin və ikinci mövsümi monitorinqdən sonra (payız ekspedisiyası) yekun hesabatın hazırlanması nəzərdə tutulur. Yekun hesabatda yatağın geoloji quruluşu, hidrometeoroloji şəraiti, yatağın infrastrukturu haqqında, suyun və dib çöküntülərinin təhlili, mikrobioloji, hidrobioloji və ixtioloji tədqiqatlara dair ətraflı məlumat veriləcək. Hidrobioloji tədqiqatların ümumi nəticələrinə əsasən, Xəzər dənizində yem zəncirinin müsbət və ya mənfi istiqamətdə dəyişilməsinə dair müqayisələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti