...

Azərbaycanın enerji operatoru ISO 9001:2008 keyfiyyətli beynəlxalq idarəetmə standartını tətbiq edir

Energetika Materials 13 İyul 2010 15:04 (UTC +04:00)
"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisi istehsalatı və paylanması) ISO 9001:2008 keyfiyyətli beynəlxalq idarəetmə standartını tətbiq edir, - ASC-dən verilən məlumatda deyilir.
Azərbaycanın enerji operatoru ISO 9001:2008 keyfiyyətli  beynəlxalq idarəetmə standartını tətbiq edir

Аzərbaycan, Bakı, 13 iyul /Trend/

"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisi istehsalatı və paylanması) ISO 9001:2008 keyfiyyətli beynəlxalq idarəetmə standartını tətbiq edir, - ASC-dən verilən məlumatda deyilir.

Keyfiyyət standartı ölkənin enerji təhlükəsizliyini təmin etmək, sabit təchizat işlərini müntəzəm həyata keçirmək, istehlakçıların tələblərini ödəmək, həmçinin, xarici bazarda etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirmək məqsədilə tətbiq edilir.

ISO 9001:2008 standartlarının əsas tələbləri təşkilatın fəaliyyətinin bu standarta uyğun olması, istehsal göstəricilərinin artırılması, istehlakçıların müntəzəm şəkildə elektrik enerjisi ilə təmin olunması, xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə rəhbərliyin nəzarəti və analizindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti