...

Türkmənistan NEZ-i materialların təchizatına beynəlxalq tender elan edib

Energetika Materials 24 İyul 2010 17:03 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 24 iyul/Trend, müxbir H.Həsənov/

Türkmənbaşı şəhərindəki Neft Emalı Zavodu (NEZ) aşağıdakı məhsulların alışı üzrə beynəlxalq tender elan edib:

Lot№5 - kimyəvi məhsullar və yardımçı materiallar.

Siz Türkmənbaşı neft emalı kompleksi zavodunun xarici iqtisadi əlaqələr şöbəsinə Türkmənistan, Balakən vilayəti, Türkmənbaşı şəhəri ünvanına aşağıda göstərilənlərlə müraciət etməlisiniz:

- tenderdə iştirak üzrə yazılı ərziəni təqdim etməklə iştirakçının tam adını, onun hüquqi statusunu, qeydiyyatda olduğu ölkəni, rekvizit və əlaqə telefonlarını göstərmək,

- "Türkmənistanın neft-qaz kompleksi üçün material-texniki malların təchizatçılarının seçilməsi müsabiqəsinin qaydaları" ilə tanış olmaq,

- Lot və texniki tələblərin spesifikasiyasını almaq,

- Hər lota görə 230 dollar ödəyərək tender paketi sənədlərini almaq.

Tender təklifləri Türkmənbaşı neft emalı kompleksi zavodunun Türkmənistan, Balakən vilayəti, Türkmənbaşı şəhəri, Türkmənbaşı neft emalı kompleksi zavodu ünvanında avqustun 25-i saat 16-dək qəbul edilir.

Tender təklifli paketlərə hesaba pul vəsaitləri daxil olandan sonra baxılır.

Pul vəsaitlərinin köçürülməsi üçün hesab yazılı ərizə təqdim edilərkən göstəriləcək.

Əlaqə telefonları: +993243 2-52-66, (ərizələrin göndərilməsi üçün tel/faks+993243 2-45-44, 2-22-04).

Xəbər lenti

Xəbər lenti